Azərbaycanda ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrə daxil olan vətəndaşların sayı 1800-ə yaxınlaşıb. Bu göstərici “Ürək transplantasiyası həftəsi” çərçivəsində keçirilən konfransda Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova tərəfindən bildirilib. Onun sözlərinə görə, həmin şəxslərin ölümü halında ailələrindən razılıq alınmasına ehtiyac qalmır; beyin ölümü baş verdiyi halda isə onların orqanları digər xəstələrə transplantasiya üçün istiqamətləndirilir.
Abbasova qeyd edib ki, hazırda Azərbaycanda 1500-dən çox vətəndaş donorluq üçün növbə gözləyir. 50-dən çox şəxs ürək transplantasiyası üçün növbədədir və ötən gün məktublardan birində iki ürək xəstəsinin artıq vəfat etdiyi bildirilmişdir. Ümumiyyətlə, hər il 50–60 qaraciyər gözləyən xəstələrin həyatını itirdiyi məlumatı da vurğulanıb.