Şəki rayonunda Oxud kənd bələdiyyəsinin sədri başına butulka vurulması hadisəsi ilə bağlı araşdırma başladılıb. Məlumata görə, oktyabrın 30-u axşam baş verən olayda kənd üzrə icra nümayəndəsi Oruc Əhmədov ilə bələdiyyə sədri Tərlan Səlimov arasında mübahisə baş tutub. İcra nümayəndəsi içkili olduğunu da bildirilib və söhbət əsnasında stol üzərindəki şüşə butulkanı Tərlan Səlimovun başına atıb. Xəsarət alan sədrlə əlaqədar tibbi müdaxilə olunub və baş nahiyəsinə tikiş qoyulub. Hadisənin “ciyər axşamı”nda baş verməsi diqqət çəkir. Məlumata görə Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri olduğu bildirilir. Hazırda rayon hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Şəki kəndində bələdiyyə sədri ilə icra nümayəndəsi arasında toqquşma: başına butulka vuruldu
Oxud kəndində keçirilən ciyər axşamında toqquşma nəticəsində bələdiyyə sədri xəsarət alıb, hadisə ilə bağlı araşdırma davam edir.
Mənbə: Baku.ws
(31 Oktyabr 2026)