ABŞ Prezidenti Donald Tramp İrana münasibətdə rəsmi Vaşinqtonun mövqeyinin dəyişməyəcəyini açıqlayıb.
Tramp özünün Truth Social hesabında yazıb ki, hazırda Birləşmiş Ştatlar İranla hər hansı dialoq həyata keçirmir və gələcəkdə də belə bir plan yoxdur.
O, həmçinin bildirib ki, "dəniz blokadası tam gücü ilə qüvvədədir", Hörmüz boğazının açıq olduğunu və fəaliyyət göstərdiyini qeyd edib.
Prezident ABŞ qüvvələrinin deyildiyi kimi bütün minaları ya təmizlədiyini, ya da zərərsizləşdirdiyini vurğulayıb.