Türkiyənin Sivas vilayətinin Suşehri rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq dərəyə aşıb.
Hadisə Sivas–Suşehri avtomobil yolunun Gemin dərəsi ərazisində, Çokrak kəndi yaxınlığında baş verib. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb.
Yaralananlar arasında vəziyyəti ağır olan 4 nəfər də var; ümumilikdə 10 yaralı tibbi yardım üçün xəstəxanaya aparılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə jandarma, AFAD və təcili tibbi yardım qrupları göndərilib və zərərçəkənlərə ilkin yardım göstərilib.