Oktyabrın 30-u Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi. Görüş barədə Patrul.az-a Nazirlər Kabinetindən məlumat verilib.

İki ölkə başçısı Azərbaycan-Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif məqamlarını, ikitərəfli gündəlikdə duran aktual məsələləri və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdiklərini bildiriblər.