Oktyabrın 31-i saat 10:00-a əsasən, ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağ bölgəsində isə arabir qar yağışı qeydə alınıb. KONKRET.az-ın Milli Hidrometeorologiya Xidməti ilə əldə etdiyi məlumata görə düşən yağıntının miqdarı regionlar üzrə fərqli olub. Daşkəsən, Lerikdə 10 mm, Biləsuvar və Oğuzda 9 mm, Gədəbəydə və Şamaxıda 8 mm, Qobustanda, Qəbələdə və Astarada 7 mm, Şahbuz, Tərtər, Kürdəmir və digər rayonlarda 6–5 mm aralığında davam edib. Bakıda və Abşeron yarımadasında isə yağıntı 1 mm-ə qədər qeydə alınıb. Eyni zamanda Qubadlı, Laçın, Şuşa, Xankəndi və Xocalıda da arabir yağış yağdığı bildirilir. Sənədə görə, Daşkəsən, Ordubad, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Göyçay və Lerikdə duman müşahidə olunub; görünüş məsafəsi bəzi rayonlarda 500 metrədək məhdudlaşıb.