Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi hərrac vasitəsilə satışa çıxarılıb. İcra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 4 mərtəbədən ibarətdir və ümumi sahəsi 898,2 kvadratmetrdir. Əmlakın başlanğıc qiyməti 2 milyon 975 min manatdır. Qeyd edək ki, hərraca çıxarılan yaşayış evində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Balıqçılıq və Akvakultura Mərkəzi fəaliyyət göstərir.