Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərinin yayımı ilə məşğul olmaq məqsədilə 1business.media saytı fəaliyyətə başlayıb. Demokrat.az-a istinadən bildirilib ki, yeni platformanın əsas məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşlar üçün nə ifadə etdiyini aydın dillə izah etməkdir. Saytda Azərbaycan iqtisadiyyatındakı son hadisələr, sahibkarlıq, bank sektoru, investisiya, turizm və maliyyə bazarları ilə bağlı yeniliklər işıqlandırılacaq. Habelə dünya iqtisadiyyatının gündəmi, beynəlxalq şirkətlərin qərarları və qlobal bazarlardakı dəyişikliklər də gündəlik xəbərlər sırasına daxil ediləcək.

Oxucular xəbərləri 1business.media saytından izləyə biləcəklər; həmçinin saytın TikTok, Facebook və Instagram səhifələri vasitəsilə də xəbər axınına qoşula bilərlər. Yeni layihəyə Azərbaycan mediası tərəfindən uğurlar dilənmişdir.