Qalatasarayın nigeriyalı hücumçusu Viktor Osimhen möhtəşəm çıxışını davam etdirir. Fənərbağı ilə derbidə vurduğu iki qolla komandasına qələbə qazandıran forvard, Konyasporla matçda da fərqlənərək növbəti hədəflərini müəyyənləşdirib.

Demokrat.az xəbər verir ki, bu barədə Fanatik nəşri yazıb.

Son top səhnəsini hesabına yazdıran 27 yaşlı futbolçu Türkiyə Super Liqasında hesabını 9-a çıxarıb və 8 oyunda eyni sayda qol vuraraq bombardirlər siyahısında liderliyə yüksəlib. Osimhen bu mövsüm Çempionlar Liqası da daxil olmaqla 10 rəsmi görüşdə 10 qol vurub.

Nigeriyalı hücumçu derbidəki qolları ilə Qalatasarayın keçmiş futbolçusu Milan Baroşu geridə qoyaraq klub tarixində Super Liqada ən çox qol vuran üçüncü əcnəbi oyunçu olub. Konyasporla matçda isə sarı-qırmızılı forma ilə liqadakı 50-ci qolunu qeyd edib.

Osimhenin növbəti hədəfi klubun əfsanələri Georghe Hagi və Mauro İcardinin rekordlarıdır. Rumıniyalı Hagi Super Liqada 59 qolla Qalatasarayın ən məhsuldar əcnəbi futbolçuları sırasında ikinci yerdədir. Osimhenin onu yaxalaması üçün daha 9, geri də qoyması üçün isə 10 qol vurması lazımdır.

Siyahının zirvəsində isə 65 qolla Mauro İkardi qərarlaşıb. Osimhen argentinalı hücumçunun göstəricisinə çatmaq üçün daha 15, rekordu yeniləmək üçün isə 16 qol vurmalıdır.