Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müavini Firudin Qurbanov X-XI siniflərdə geyim qaydalarına riayət edilməməsi və dərsə gəlməmə vəziyyətində attestatın verilmə prosesinə dair məlumat verib. O APA ilə müsahibəsində bu məsələni şərh edib.

Nazir müavini bildirib ki, şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir. Sənəddə qeyd olunur ki, biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilməyəcək.