Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kəşfiyyat İdarəsi Mərkəzi ostanında pilotsuz uçuş aparatları (PUA) və raketlərin komponentlərinin istehsal mərkəzləri barədə informasiya ötürən şəxs saxlanılıb. SEPAH-ın mətbuat xidməti bu əməliyyatla bağlı məlumat yayıb. Saxlanılan şəxsin kimliyi və ötürdüyü məlumatların xarakteri barədə əlavə təfərrüatlar yayımlanmayıb.