Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Əməkdar artist Yusif Mustafayev telefonla çəkilişlərin artmasından narazılığını bildirib. “Yeni Sabah” xəbər verir ki, proqramçı İncə səhər” proqramında sosial şəbəkə izləyicilərinin davranışlarına təsirindən danışıb. O, xüsusilə ictimai yerlərdə insanların bir-birini telefonla çəkməsinin narahatlıq yaratdığı fikrindədir.
“TikTok” və digər sosial şəbəkələrdə ehtiyatlı olursan. Telefon çıxardanın Allah evini yıxsın. Bizi məhv etdi. Yolu da ehtiyatla yeriyirsən, deyirsən, birdən nəsə olar, kənardan 10 adam çəkər” sözlərini səsləndirib.