Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, Monteneqroda saxlanılan və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Dadaş Dadaşzadənin Azərbaycana ekstradisiyasına razılıq verilib. Baş Prokurorluğun Mətbuat xidməti bu barədə bildirib. Qurumun sözlərinə görə, Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanan sorğu və beynəlxalq prosedurlara uyğun sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar nəticəsində razılıq əldə edilib.
Sabunçu Rayon Polis İdarəsində aparılan ibtidai istintaq çərçivəsində Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə əsaslı şübhələrin olduğu bildirilir və bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb olunması qərarı verilib. Əməliyyat üzrə aparılan istintaqdan yayınaraq gizləndiyi görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa daxil edilib və sonra Monteneqro ərazisində saxlanılması təmin edilib.
Hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir. Baş Prokurorluq açıqlamasında axtarışda olan şəxslərin müəyyən edilərək ölkəmizə gətirilməsi üçün xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.