İranda qrip və COVID-19-la yoluxma hallarının artdığı bildirilir. Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçek mövcud vəziyyətə dair açıqlama verib.

Onun sözlərinə görə, gündəmdə olan koronavirusun alt ştammı əvvəlkilərlə müqayisədə daha sürətlə ötürülür və yoluxmaya səbəb olur. Lakin bu virusun törətdiyi xəstəliyin ölüm göstəricisi isə daha aşağıdır.

Həkim əlavə edib ki, viruslara, xüsusən də koronavirus və qripə yoluxma riskini azaltmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək önəmlidir. Bunlara davamlı əl yumaq, insanların çox olduğu məkanlarda maskadan istifadə və yaşlılar ilə xroniki xəstəlikləri olanların mümkün qədər izdihamdan uzaq durması daxildir.

Mövcud məlumatlara əsasən, COVID-19-a yoluxma hallarının sayında əhəmiyyətli artım və kəskin yüksəliş müşahidə edilir.