Avropa İttifaqının aparıcı üzvü olan Fransa ilə İtaliyanın baş naziri Corcia Meloni arasında fikir ayrılıqları və xarici siyasət yanaşmalarında fərqli prioritetlər duyulur. Gələn il vəzifəsindən ayrılacaq Fransa prezidenti Emmanuel Makron ilə Meloni arasındakı münasibətlər yalnız şəxsi səviyyədə deyil, qlobal miqyasda Avropanın gələcək inkişafModelinin necə qurulacağı ilə bağlı əsas məsələləri əhatə edir. Söhbət Avropada siyasi gündəliyin kimin müəyyənləşdirəcəyi, sağ və mühafizəkar qüvvələrin gələcək mövqeyi və milli suverenlik ilə Avropa inteqrasiyası arasındakı əlaqələrin necə təşkil olunacağından gedir.