Azərbaycanın tanınmış kimya elmləri doktoru və professoru Müslüm Əhməd oğlu Qurbanov ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib. Əldə olunan məlumata görə, alim vəfat edib. Müslüm Qurbanov 1951-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub, Ağalıkənd kənd orta məktəbini bitirib. Kimya sahəsinə yönələn alim 2013-cü ildə “Nüvə kimyası” ixtisası üzrə professor elmi adına layiq görülüb. Onun rəhbərliyi ilə 8 fəlsəfə doktoru və 2 elmlər doktoru alimlik dərəcəsi alıb. Nüvə kimyası sahəsində çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifidir.