Media və Yayım Şurası jurnalistlərin son vaxtlar hadisə yerlərində çəkiliş zamanı üzləşdiyi hücum və fiziki zorakılıq hallarını və peşə fəaliyyəti ilə bağlı maneələrin yaradılmasını ciddi narahatlıq doğuran hadisələr kimi qiymətləndirib. Bəyanatda vurğulanıb ki, jurnalistlərin təhlükəsizliyini təhdid edən bu hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna da müdaxilədir.

Oxu.Az xəbər yayıb ki, qurum bu məsələyə dair açıqlama verib.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onlara qarşı təzyiq göstərilməsi və təqib olunması yolverilməz haldır.

Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini bildirir. Həmçinin, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa və onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmə hüququna riayət etməyə çağırır”, - bəyanatda qeyd olunub.