Şeremetyevo beynəlxalq hava limanının yaxınlığında baş verdiyi iddia edilən pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş aldığı bildirilib. Məsələ ilə bağlı xəbərlər Ukrayna və Rusiya kanalları tərəfindən video və fotoşəkillərlə təsdiqlənməyə çalışılıb. Bildirilir ki, yanğın hadisəsi Rostneft şirkətinə aid neft bazasında qeydə alınıb və hava limanı ətrafında yerləşən ərazilərdə baş verib. Hadisədən bir qədər əvvəl Şeremetyevo ərazisində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub. Hələlik PUA-nın həmin əraziyə düşməsi, mümkün dağıntılar və itkilər üzrə rəsmi məlumat verilməyib. Qeyd olunur ki, Moskvanın meri Sergey Sobyanin oktyabrın 31-də paytaxta doğru uçan bir neçə PUA-nın zərər yetirdiyini qeyd edib.