Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu gün 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi məqsədilə parlamentin daimi komitələrinin birgə iclasında çıxışında konstitusiya dəyişiklikləri ilə bağlı fikirlərini açıqlayıb. Paşinyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanla bəzi məqamları aydınlaşdırmalıdır və yeni Konstitusiyanın qəbulunun sülhün bərqərar olması üçün kifayət edib-etməyəcəyi məsələsini öyrənmək niyyətindədir. O, həmçinin Azərbaycanla sülh müqaviləsinin imzalanmasının bütün mübahisəli məsələlərin qəti həlli demək olub-olmayacağını araşdıracağını vurğulayıb.
Baş nazir suallarını da ünvanlayıb: Ermənistan yeni Konstitusiyanı qəbul etdikdə sülh müqaviləsi imzalanacaqmı və imzalanmanın hərhərtərəfli sülhün bərqərar olması demək olub-olmayacağını açıqlamağa çağırıb. Paşinyan əlavə edib ki, yaxın vaxtlarda bu sualların cavabını Azərbaycandan almağa çalışacaqlar.
O, Bakıdan konstitusiya dəyişikliyinin sülhə zəmanət verdiyinə dair aydın cavab alsalar, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti referendumda layihəni dəstəkləyəcək. Noyabr ayında yeni Konstitusiyanın layihəsinin dərc olunacağını və ictimai müzakirələrin başlanacağını da qeyd edib.
Azərbaycan hökumətinin açıqlamasına görə, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə işarə edən “Müstəqillik Bəyannaməsi”nə istinad Ermənistan Konstitusiyasında müəyyən mətnlər vasitəsilə ərazi iddiasını göstərir və bu müddəaların referendumla tamamilə ləğv edilmədən yekun sülh sazişinin imzalanması qeyri-mümkün kimi qiymətləndirilir.