Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanıb. Müfəttişlik tərəfindən toplanan sübutlar əsasında cinayət işi üzrə əməliyyat-axtarış və istintaq davam etdirilir.

İlkin istintaq-əməliyyat tədbirləri nəticəsində 2025-2026-cı illərdə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Fizuli Məmmədov və meşəbəyi vəzifəsində çalışan Vidadi Əsgərov arasında meşə ərazilərində torpaq sahələrinin icarəyə verilməsi qarşılığında müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində alınmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Fizuli Məmmədov və Vidadi Əsgərova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti əsasında məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərova isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Proses davam edir və cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilərək daha çox təqsirli şəxsin cəlb edilməsi və əmələ gələn hüquqi nəticələrin təmin edilməsi gözlənilir.