Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, İran-Azərbaycan sərhədinin cənub hissəsində ballistik raket buraxılış qurğularına aid görüntülər sosial şəbəkələrdə paylaşılıb. Şəbəkə istifadəçiləri tərəfindən yayılan fotolarda raket buraxılış qurğusu və bir neçə hərbi texnika vasitəsi göründüyü bildirilir. Hadisə ilə bağlı rəsmi məlumatlar hələlik geniş ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, İranın dövlət mediası Müctəba Xamenei ilə yüksək rütbəli hərbi komandirlər arasında görüşün keçirildiyini də xəbər verir. Məlumata görə, bu görüş zamanı şimal-qərb sərhədlərindəki qüvvələrin hazırlığı barədə məlumat verildiyi bildirilib.