Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Türkiyədə 15 yaşından kiçik istifadəçilərə qarşı sosial şəbəkə xidməti göstərilməsini məhdudlaşdıran yeni qaydalar bugün qüvvəyə mindi. Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanan və oktyabrın 10-da Rəsmi Qəzetdə dərc olunan tənzimləmələrə əsasən, Türkiyə ərazisindəki yerli və beynəlxalq sosial şəbəkə platformaları 15 yaşını tamamlamamış şəxslərə xidmət göstərə bilməyəcək.

Yaş təsdiqi e-Devlet sistemi üzərindən yaradılan xüsusi rəqəmsal təsdiq nişanı ilə həyata keçiriləcək və platformalar yalnız istifadəçinin 15 və ya 18 yaşını tamamlayıb-tamamlamadığına dair məlumat əldə edə biləcəklər. Hazırda davam edən hesabların yaşı üzrə yoxlama prosesi 31 mart 2027-ci ilədək tamamlamaq məsuliyyətinə sahib platformalara aiddir. 15-dən az yaşı olan istifadəçilərin hesabları isə bağlanacaq.

15–17 yaş aralığındakı yeniyetmələrin hesabları isə qapalı rejimə keçəcək: onlar yalnız izlədikləri hesablar vasitəsilə mesajlaşa biləcək, canlı yayımlara çıxış edə bilməyəcəklər. Bu qrup üzrə şəxsi məlumatların fərdiləşdirilmiş reklam məqsədləri üçün istifadəsi də qadağan olunub.

Yeni qaydalar valideynlərə övladlarının sosial şəbəkələrdə keçirdikləri vaxta nəzarət etmək və ödənişli xidmətlərə qoyulan məhdudiyyətləri tətbiq etmək imkanı verəcək.