Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi “Vikinq”ə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu üçün Norveçə yola düşəcək. Mətbuat xidməti rəhbəri Elnur Həmidov bildirib ki, komanda Stavanger şəhərinə çarter reysi ilə yola çıxacaq.

O, deyib ki, səfər gününə qədər təyin olunan azarkeş sayı dəyişə bilər: “Saat 15:00-da Norveçə yollanacağıq. Oyun günü qədər bu say 200 civarında olaraq gözlənilir. Bizə olan müraciətlər təxminən 200 nəfərdir”.

Xatırladaq ki, Viktinq ilə Sabah arasındakı görüş noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.