Ölkə ərazisinin əksər hissəsində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağ zonasında isə arabir qar yağıb. NOCOMMENT.az Milli Hidrometeorologiya Xidmətindən alınan məlumata istinadən xəbər verir.
Bildirilib ki, yağıntının miqdarı müxtəlif rayonlarda fərqli olub. Daşkəsən, Lerikdə yağıntı miqdarı 10 mm, Biləsuvar, Oğuzda 9 mm, Gədəbəy, Şamaxıda 8 mm, Qobustan, Qəbələ, Astarada 7 mm, Şahbuz, Tərtərdə, Kürdəmirdə 6 mm, Bərdə, Şəmkir, Zərdab, Ağstafada 5 mm, Gəncə, Neftçala, İmişlidə 4 mm, Şəki, Yevlax, Tovuz, Sarıbaş (Qax), Zaqatala, Lənkəran, Ağdam, Goranboy, Göygöldə 3 mm, Göyçay, Mingəçevir, Sabirabad, Salyan, Xızı, Sədərək, Xınalıq, Qrız, Yardımlı, Göyçayda 2 mm, Balakən, İsmayıllı, Beyləqan, Cəlilabad, Naftalan, Naxçıvan, Şərur, Ordubad, Culfa, Şabran, Cəbrayıl, Füzuli, Kəlbəcər, Zəngilan bölgələrində 1 mm-dək yağış qeydə alınıb.
Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalıda da yağış müşahidə olunub. Daşkəsən, Ordubad, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Göyçay, Lerik bölgələrində isə duman müşahidə olunub; görüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın bu vəziyyəti yaxın saatlarda davam edə bilər.},