Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, oktyabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 80 aptek yoxlanılıb. Yoxlamaçılar Bakı şəhərində 9, respublikanın digər şəhər və rayonlarında isə 71 aptekin fəaliyyətini yoxlayıb. Prosedur səviyyəsində 79 yoxlama planlı, 1-si plandankənar olub. Nəticədə 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallar üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.2 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.