Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Hövsan–Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsində aparılan təmir işləri səbəbindən noyabrın 3-də saat 07:00-dan 23:00-dək nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq olunacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yayılan məlumata görə, bu müddət ərzində həmin hissədə nəqliyyat axını məhdudlaşdırılacaq. Sürücülərə alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmək tövsiyə olunur.