Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, Dövlət sərhədinin etibarlı mühafizəsi və qaçaqmalçılıqla narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarış və əməliyyat tədbirləri nəticəsində üç halda ümumi çəkisi 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bildirilib ki, faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Külli miqdarda narkotik vasitələrin qaçqınçılıq yolu ilə keçişinin qarşısı alındı
Dövlət sərhədində keçirilən əməliyyat nəticəsində ümumi 136 kiloqram 600 qram narkotik və 5500 ədəd Metadon M-40 aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Mənbə: Yeni Avaz
(2 Noyabr 2026)