Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bu mövzu ilə bağlı fikirlərini açıqlayıb. O deyib ki, proses 2027-2031-ci illəri əhatə edəcək və əvvəlcə pilot mərhələ ilə başlanacaq. Pilot mərhələsində ümumiyyətlə 20 min müəllimin bu modelə cəlb ediləcəyi gözlənilir. Bununla yanaşı, ekspert əlavə edib ki, tam ştatlı müəllim modelinin tələb etdiyi digər işlər – şagirdlərlə fərdi işlərin aparılması, valideynlərlə görüşlər və pedaqoji işin təşkilinin necə qiymətləndiriləcəyi sual olaraq qalır.