Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, paytaxt küçələrində hərəkətdə olan “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görənlərin diqqətini çəkib. Sənədlərdə Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Babək küçəsi göstərilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Görüntülərdə “Mercedes-Benz 190E” markalı avtomobilin sürücüsünün yarımçıq dövlət qeydiyyat nişanı ilə idarə etdiyi bildirilir. Arxada yalnız “0-BZ-67” qeydiyyat nişanı görünür.

Qeyd olunub ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və mövcud standartlara əsasən bu cür qeydiyyat növü mövcud deyil. Avtomobil nömrəsində rayon kodu mütləq şəkildə iki və ya üç rəqəmlidir.

Sürücünün niyə belə hərəkət etdiyi və dövlət nömrə nişanına qanunsuz müdaxilə edib-etmədiyi məsələsi mediadan və ictimaiyyət tərəfindən maraqla izlənilir.