Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Ağdaş rayonunda yaşayan 40 yaşlı Rəşad Abidovun meyiti evinin həyətində aşkarlanıb. Məlumata görə, şəxs ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarət səbəbindən ölüb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Ağdaşda 40 yaşlı kişinin güllə yarasından həyatını itirməsi araşdırılır
Ağdaş rayonunda yaşayan 40 yaşlı kişinin ov tüfəngi ilə vurulması nəticəsində vəfat etdiyi bildirilir, olayla bağlı araşdırma davam edir.
Mənbə: Manşet
(2 Noyabr 2026)