Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, Baş Prokurorluğun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında rüşvət almaqda şübhəli bilinən şəxslərin saxlanıldığı bildirilib. Bildirişə görə, vəzifəli şəxslərin qanunsuz əməliyyatlarının qarşısının alınmasına yönələn tədbirlər davam etdirilir. Əldə olunan informasiya əsasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanıb və cinayət işi qaldırılıb.
Mərkəz direktoru və meşəbəyi rüşvətə görə saxlanıldı
Baş prokurorluq və Ekologiya Nazirliyi rüşvət əməli ilə bağlı birgə əməliyyat haqqında məlumat yayıb.
Mənbə: Konkret
(2 Noyabr 2026)