Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, tanınmış bloqer Namiq Əziz kimi tanınan sabiq Namiq Kəlbiyev oktyabrın 30-da gecə saatlarında Cəlilabad rayonunda anasının yaşadığı evə pəncərədən daxil olub. Bildirilənlərə görə, o, mənzilə daxil olduqdan sonra anasına qarşı hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib. Hadisənin görüntüləri müzakirələrə səbəb olub və yayılıb. Nəticə olaraq Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun anasına xəsarət yetirdiyi səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun bəyanatına görə, bu fakt üzrə hazırda müvafiq polis orqanlarında araşdırma davam edir.