Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən Rüstəm Mikayılov və Səmayə Əşrəfovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Dövlət ittihamçısı ittiham aktını elan etməyə başlayıb. Məhkəmə tərkibi noyabrın 23-ü 10:00-a təyin olunan növbəti iclas üçün davam edir.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı cinayət işinə dair ibtidai istintaq tamamlanıb. MMC-nin təsisçisi və direktoru Mikayılov Rüstəm İsmayıl oğlu, həmçinin 42 nömrəli şəhər poliklinikasında sahə həkimi işləyən Səmayə Əşrəfova barədə hüquqi şəxsə qarşı cinayət işinin istintaqı yekunlaşıb.
İbtidai istintaqla bilgiyinə görə 2017-2024-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu şəxslərdən çoxsaylı vətəndaşlardan rüşvət alıb və onların əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə tibbi sənədlər təqdim ediblər. Bu sənədlər əsasında müavinətlərin ödənilməsi təmin olunub və Mikayılov tərəfindən əldə edilən pul vəsaiti leqallaşdırılıb.
İttihama görə Rüstəm Mikayılova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan qrup tərəfindən təkrarən rüşvət alma) və 313-cü maddələri ilə ittiham elan edilib. Səmayə Əşrəfova isə 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələrlə ittiham olunub və barələrində polisin nəzarəti altında qətimkan tədbiri seçilib.
Bundan əlavə, hüquqi şəxs “Seymur-M” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanması haqqında qərar qəbul edilib və Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub.