Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Bolqarıstanın dövlət başçısı səlahiyyətlərini icra edən İliana Yotova prezidentlik üçün keçirilən seçkilərin ikinci turunda qalib gəlib. Səsvermədə 57,66 faizlik nəticə ilə Yotova Bolqarıstanda ilk seçilmiş qadın prezident olub. Onun rəqibi Andrey Qyurov isə 39,38 faiz məntəqəni tutub, seçicilərin 2,96 faizi isə heç bir namizədə səs verməyib.

Qeyd edək ki, İliana Yotova 2017-ci ildən vitse-prezident postunu daşıyır. Ölkə lideri Rumen Radevin istefasından sonra dövlət başçısının səlahiyyətləri ona keçmişdi. Oktyabrın 25-də baş tutan seçkilərin birinci turunda Yotova 34,76%, Qyurov isə 31,95% səs toplamışdı. Həmin turda heç biri səslərin yarısından çoxunu qazana bilmədiyindən ikinci tur elan olunmuşdu. İkinci turda iştirak fəallığı rekord səviyyədə aşağı olub və təxminən 23% təşkil edib.