Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında dolayı danışıqlar davam edir. Bununla bağlı xarici mediaya istinadən bildirilib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsinə son qoyulması istiqamətində diplomatik səylər sürətlənərkən Tehran sülh danışıqlarının başlanması üçün irəli sürdüyü 7 şərtin yerinə yetirilməsində israr edir. Qətər mətbuatı bu məsələdə irəliləyiş olduğunu qeyd etsə də, hazırda konkret nəticə açıqlanmayıb. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana hücum əmri verə biləcəyi ilə bağlı fərqli xəbərlər yayılır. Beynəlxalq mətbuatda İsrailin Baş naziri Binyamin Netanyahunun da İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsi məsələsində Trampa təzyiq göstərdiyi qeyd olunur. Tehran isə mümkün yeni hücumlara cavab olaraq müharibənin daha geniş coğrafiyaya yayılacağı barədə xəbərdarlıqlar edir. Bu kritik mərhələdə İranın siyasəti, vasitəçilər üzərindən ABŞ-a çatdırılan 7 şərtdən geri çəkilməməkdir. Hələlik Tehran rəhbərliyi tərəfindən bu şərtlərlə bağlı tam əhatəli açıqlama verilməsə də, iddia edilən tələblərin ABŞ-İran arasında əvvəl imzalanmış 14 maddəlik anlaşma memorandumunun 1, 2, 4, 10 və 11-ci maddələrinin əsas müddəaları ilə uyğunluğu bildirilir.
İran 7 şərtin yerinə yetirilməsini tələb edir: gərginlik davam edir
Qətər vasitəsilə davam edən danışıqlarda İran ABŞ-la müharibənin sonlandırılması üçün 7 şərtin gələnə qədər yerinə yetirilməsini tələb edir.
Mənbə: Manşet
(2 Noyabr 2026)