Haber Global-in məlumatına görə, Türk Dövlətləri Təşkilatı’nın 13-cü Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Ankarada Türk Dövlətləri Mədəniyyət Parkının açılışı keçirilib.

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov açılış mərasimində iştirak edərək tədbirdə olmağın ona böyük məmnunluq verdiyini bildirib və türk dünyasının ortaq mədəni irsinə diqqət çəkib.

Bayramov çıxışında parkın daşıdığı rəmzi əhəmiyyətə işarə edərək, onun ortaq mədəni irsimizin bir simvolu olduğunu və türk xalqları arasındakı davamlı qardaşlıq bağlarını nümayiş etdirdiyini vurğulayıb.

Açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan ilə yanaşı zirvə üçün Ankarada olan digər liderlər və nümayəndə heyətləri də iştirak edib. Tədbir zamanı liderlər və nümayəndələr parkda fidan əkmə mərasimi keçiriblər.