Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Ermənistan hökuməti noyabr ayında yeni Konstitusiya layihəsini dərc etməyi planlaşdırır. Bu məlumatı ölkənin Baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında verdiyi açıqlamada qeyd edib. Paşinyan deyib ki, yeni Konstitusiya layihəsinin dərc edilməsindən sonra ictimai müzakirələr başlanacaq, təkliflər qəbul ediləcək və müzakirə olunacaq. O, bu prosesin, cəmiyyətdə kifayət qədər müzakirə olunduğuna əmin olana qədər davam edəcəyini vurğulayıb və bundan sonra növbəti konstitusiya layihəsinin müzakirəsinə keçiləcəyini bildirib. Baş nazir vurğulayıb ki, hökumətin ən mühüm vəzifələrindən biri Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasıdır.
Ermənistanda yeni Konstitusiya layihəsi bu ay dərc ediləcək
Ermənistan hökuməti noyabrda yeni Konstitusiya layihəsini dərc etməyi planlaşdırdığını açıqlayıb, ictimai müzakirələrin başlanılması və Axırda növbəti müzakirələrin təşkil olunması nəzərdə tutulur.
Mənbə: Manşet
(2 Noyabr 2026)