Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycanın dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib. DSX-nin məlumatına görə, Horadiz və Göytəpə sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İrandan Azərbaycana keçidinin qarşısı alınmışdır. Keçirilən kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanına qanunsuz daxil olan dronlar aşkarlanaraq zərərsizləşdirilmişdir. Hadisə yerlərinə baxış zamanı Horadiz sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İranla sərhəddə narkotik daşıyan dronlar zərərsizləşdirildi
Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları vasitəsilə İran istiqamətindən gətirilən narkotiklərin qarşısı alınıb; hava məkanına qanunsuz daxil olan dronlar zərərsizləşdirilib.
Mənbə: Patrul.az
(2 Noyabr 2026)