Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, Baku.ws payız aylarında soyuq havada idmanla məşğul olarkən ürək sağlamlığını qorumaq üçün müəyyən qaydalara əməl edilməsini tövsiyə edir. Tibb elmləri namizədi Elvira Xaçirova idmana başlamazdan əvvəl 5-10 dəqiqə isinmə hərəkətləri edilməsini məsləhət görüb. Mütəxəssisin sözlərinə görə, isinmə zamanı nəbz tədricən artırılmalıdır ki, stenokardiya tutması, ürək ritminin pozulması və hipertenziv kriz riskinin azalması təmin olunsun.

Həkim soyuq havada ən təhlükəsiz fiziki fəaliyyət növləri kimi sürətli yerişi, hovuzda üzməyi və xizək sürməyi göstərib. Xaçirova məşq zamanı sinədə ağrı və ya narahatlıq, soyuq tər və ürək döyüntüsündə pozulma hiss edildikdə idmanı dərhal dayandırmağı vacib hesab edib. O, həmçinin soyuq havada qat-qat geyinməyi və idman üçün günün əsasən günorta saatlarını seçməyi məsləhət gördü.

Qeyd edək ki, mütəxəssislər xüsusilə payız və qış aylarında fiziki aktivlik zamanı ürək-damar sağlamlığına diqqət yetirməyin vacibliyini bildirirlər.