Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bu ilin müvafiq mərhələsinə dair açıqlama verib. O deyib ki, hazırda müzakirə yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün tətbiq olunan geyim Qaydalarına aiddir.

“Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur” – nazir müavini əlavə edib.