Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb ki, Sərhəd Qoşunlarının Horadiz və Göytəpə sərhəd dəstələrinin xidməti ərazilərində İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitənin keçirilməsinin qarşısı alınmışdır. Hadisə ilə bağlı əməliyyat-qoşun tədbirləri davam etdirilir. Nəticədə hava məkanına daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilmişdir. Hadisə yerlərinə baxış zamanı Horadiz sərhəd dəstəsinin xidmət ərazisində 15 kq 400 qram, Göytəpə sərhəd dəstəsinin xidmət ərazisində isə 7 kq 500 qram narkotik götürülüb. Ümumi məbləğ 22 kq 900 qram təşkil edir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.