Qafqaz News Bakupost.az-a istinadən xəbər verir ki, Kembric Universitetinin alimləri Yer üzündə həyatın əsasını təşkil edən üzvi molekulların kometlərlə planetimizə daşınması ehtimalını yüksək ehtimal hesab etməyib. Araşdırma çərçivəsində kompüter üzərində 100 min simulyasiya aparılıb və kometlərin tərkibindəki hidrogen sianidin Yerə təhlükəsiz şəkildə çatıb-çata bilməyəcəyi araşdırılıb.
Nəticələr göstərir ki, simulyasiyaların 54 faizi zamanı kometlər üzvi maddələri Yer səthinə çata bilməyib. Toqquşma zamanı meydana gələn yüksək temperatur maddələrin məhvinə, okean üzərinə düşən kometlər isə bu maddələrin həddindən artıq durulmasına səbəb ola bilər.
Müəlliflər qeyd edir ki, həyatın yaranmasında asteroid toqquşmaları əsasında baş verən kimyəvi reaksiyaların və Yer daxili proseslərinin rolu da hələ də mümkün hesab olunur.