Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçına təyinatlar açıqlanıb. Niderlanddan olan hakim briqadası bu görüşü idarə edəcək. Görüşün baş hakimi Sander van der Eyk olacaq, ona yan xətt hakimi kimi Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy icra edəcək. Qeyd edək ki, Vikinq–Sabah matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.