Nağdsız ödənişlər geniş yayılsa da, bəzi obyektlərdə vətəndaşların kartla ödəmə istəyinə rədd cavabı verilə bilir. Bu cür halların qanunvericiliklə tənzimləndiyi və POS-terminalın quraşdırılması üzrə tələblərin yerinə yetirilmədiyi halda maliyyə sanksiyaları tətbiq olunduğu bildirilib. KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov Verilənlərə görə Vergi Məcəlləsinin 58.7-ci maddəsi çərçivəsində obyektlərdə POS-terminalın mövcudluğuna və nağdsız ödəmə imkanlarının təmin edilməməsinə görə vergi ödəyicilərinə sanksiya qoyulduğunu deyib.

Ekspertin sözlərinə görə cərimə məbləği həmin pozuntunun təqvim ili ərzində neçə dəfə baş verməsindən asılıdır. Belə ki, ilk dəfə pozuntu üçün 1000 manat, ikinci dəfə təkrarlandıqda 3000 manat, üç və daha çox dəfə isə 6000 manat maliyyə sanksiyası tətbiq edilir.

Nəticədə sahibkarlar POS-terminal vasitəsilə ödənişi qəbul etməməkdən doğan hüquqi risk və iqtisadi itkilərlə üzləşə bilərlər.