Gürcüstanın paytaxtı Tiflis şəhərində rəsmi açılışı mərasimi baş tutan ART Riverfront Hotel haqda məlumatlar yayılıb. NOCOMMENT.az xəbər verir ki, açılış zamanı Gürcüstanın baş naziri İrakli Kobaxidze, Azərbaycanın baş naziri Əli Əsədov və Tiflis meri Kaxa Kaladze tədbirdə iştirak ediblər. Zalların gəzilməsi zamanı hökumət nümayəndələri layihənin imkanları və investisiya detalları ilə tanış olub, hotelin baş meneceri isə qonaqlara obyekt haqqında ətraflı məlumat verib.