Pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin miqdarı ölkədə gələcəkdə dəqiq qaydalarla müəyyənləşdirilir. Məsələ bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan və “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əks olunan müddəalarda öz əksini tapıb.

Layihəyə görə, peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0.0275 misli miqdarında müəyyən olunur. İlk hüquqi yardımın göstərilməsinə görə isə hər görülən hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0.015 misli həcmində ödəniş nəzərdə tutulur.

Dəftərxana, poçt, rabitə, nəqliyyat və digər əlavə xərclər isə xidmət haqqının üzərinə beş faiz həcmində əlavə olaraq ödəniləcək. Bununla bərabər istirahət günləri, səsvermə günləri, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günləri zamanı gecə vaxtı vəkilin xidmətindən istifadə edildikdə ödənişlər iki misli məbləğində müəyyən olunur; bu halda əlavə xərclər üçün ödənilən əlavələrin həcmi dəyişməz qalacaq.

Pulsuz hüquqi yardım göstərənlərin xidmət haqlarının və digər xərclərin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Pro bono hüquq xidmətləri göstərənlər istisna olmaqla, VK-a müraciət edilərək göstərilən hesabatlar əsasında ödənişlər dövlət büdcəsi hesabına həyata keçirilir.

Təqdim edilən hesabatlar qanunla müəyyən edilmiş formaya uyğun olmadıqda və ya lazımi tələblər pozulduqda, VK tərəfindən ödənişlər edilməyəcək. Kanun layihəsi müzakirələrdən sonra səsvermə ilə I oxunuşda qəbul edilib.