Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda yayımlanan “Diriliş Ertuğrul” serialına baxarkən güclü həyəcan keçirən pasiyent infarkt diaqnozu ilə Bakıda xəstəxanaya çatdırılıb. Səhiyyə qurumlarının verdiyi məlumata görə, pasiyentin vəziyyəti nəzarət altındadır və dərhal əməliyyat edilib.?

Mənbə mətndə qeyd edir ki, hadisə zamanı pasiyent serialda Nihanın bacısı Ərtoğrulun oğlu Osmanı boğaraq öldürmək istəyən səhnəni izləyib. Bu an Ərtoğrul içəri daxil olub, hadisəyə müdaxilə edib və sonrasında anası saçını götürərək Nihanın bacısına hücum edib və onu öldürüb. Pasiyent həmin səhnəni izləyərkən uşağın öldürüldüyünü düşünərək həyəcan keçirib.

Nəticədə Bakıda pasiyentə infarkt diaqnozu qoyulub və dərhal əməliyyat olunaraq ürək damarına stent taxılıb.