Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə beş cinayət işi başlanıb. Hərbi Prokurorluqdan verilən məlumata görə, çağırış yaşında olan şəxslərin müxtəlif xəstəliklər göstərməsi, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməsi, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirilməsi kimi hallar aşkarlanıb. İyul və oktyabr aylarında baş verən bu cür hadisələrlə əlaqədar Xidmətin Gəncə şəhər idarəsi, İmişli rayon şöbəsi, Qobustan və Şuşa rayon bölmələrində qeydiyyatda olan çağırışçılar üzrə Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanıb və istintaq davam edir.
Məlumatda vətəndaşlara bildirilib ki, vətəndaşların mövcud konstitusion borcu olan vətənimizin müdafiəsi ilə bağlı çağırışlardan boyun qaçırması tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi kimi qiymətləndirilir və həmin əməllər Cinayət Məcəlləsi ilə məsuliyyətə səbəb olur.