QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Hüseynbala Əliyev küçəsində, metronun Memar Əcəmi stansiyasının yaxınlığında baş verib. İki avtomobilin iştirakı ilə yaranan zərbənin nəticəsində idarəetmədən çıxan Toyota Aqua markalı nəqliyyat vasitəsi yol kənarında yerləşən gözəllik mərkəzinə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə və obyektə ziyan dəyib. Hadisənin səbəblərinin və zərərin dərəcəsinin təyin olunması üçün araşdırma davam edir.