Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Dadaş Balakişi oğlu Dadaşzadə Monteneqrodan Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Baş Prokurorluğun Mətbuat xidməti bu məsələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, Monteneqronun Ədliyyə Nazirliyi ilə aparılan danışıqlar və zəruri sənədlərin təqdimatı əsasında razılıq əldə olunub. İbtidai istintaq Sabunçu Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə Dadaşzadə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli şəxs qismində cəlb edilib və təqibdən yayınaraq gizləndiyi üçün İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Keçirilən tədbirlər nəticəsində Dadaşzadə Monteneqro ərazisində lokasiyasında olduğu yer vəzifə dairəsində müəyyən edilərək saxlanılıb. Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.